İT İnfrastrukturu üzrə baş mühəndis

  • PASHA Technology
  • Elanın qoyulma tarixi: 30.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • Şirkətin strategiyasına uyğun olaraq Bulud Xidmətləri üzrə təkliflər (IaaS, SaaS, PaaS) həyata keçirmək, mövcud təkliflərlə bağlı davamlı yardımın göstərilməsi;
  • Hibrid bulud mühitlərinin dəstəklənməsi və idarə olunması;
  • Gündəlik tapşırıqlarda “agile” iş üsulunu dəstəkləmək;
  • Bulud infrastrukturunun idarə olunması məqsədilə yüksək səviyyəli avtomatlaşdırma imkanlarının təmin edilməsi üçün DevOps prinsiplərindən fəal istifadə;
  • Adi Rejim (BaU) əməliyyatlarında həmkarlara və komanda üzvlərinə fəal yardımın göstərilməsi;
  • Nasazlıqların qabaqcadan proqnozlaşdırılması və aradan qaldırılması;
  • Xidmət səviyyəsi haqqında müqavilələrə və müştərilərin gözləntilərinə uyğun olaraq kritik əhəmiyyətli mühitlərdə yüksək keyfiyyətlə həyata keçirilən idarə olunan dəstək xidmətlərinin idarə olunmasına görə məsuliyyət daşımaq;
  • Proses və siyasətlərə davamlı yardım və uyğunluğun təmin edilməsi: İTİL (İnformasiya Texnologiyaları İnfrastrukturu Kitabxanası), problemlərin idarə olunması, texniki dəstək xidmətinin idarə olunması, dəyişikliklərin idarə olunması, əməliyyatların monitorinqi və fəaliyyətin məruzə edilməsi;
  • İT prosesləri və davamlı inkişaf tədbirlərinin mütəmadi olaraq həyata keçirilməsinə görə məsuliyyət daşımaq;
  • Standart Əməliyyat Prosedurlarına uyğun olaraq müstəqil təchizatçı və podratçılarla münasibətlər/müqavilələr/onlar tərəfindən göstərilən xidmətlərin idarə olunması;
  • Müştərilərin idarə olunması/hesabatlılıq prosesindən istifadə;
  • Əməliyyatların səmərəliliyi, tapşırıqlar və layihələri müzakirə etmək üçün İT İnfrastrukturu Bölməsinin rəhbəri ilə müntəzəm rəsmi görüşlərdə iştirak etmək;

Tələb olunan bilik və bacarıqlar:

Təhsil:

  • Texniki sahədə ali təhsil.
  • Mühəndislik və ya kimi texniki sahələr üzrə dərəcəyə üstünlük verilir.

Təcrübə və bacarıqlar:

  • IT üzrə sertifikat və dərin peşə bilikləri: 
  1. VMware (VCP, VCDX)
  2. Microsoft (MCSA, MCP, Azure Certified)
  3. RedHat (RHCA, RHCE)
  4. Cisco (CCNA, CCNP, CCIE)
  5. İT Xidmət İdarəetməsi (İTİL)
  • Saxlama ərazisi şəbəkələri və protokolları (FCP, FCİP, FCoE), çox traektoriyalı texnologiyalar (MPİO), disklər, həcmlər, montaj nöqtələri, LUN maskalanma və VSAN-lərin aydın şəkildə başa düşülməsi;
  • PaloAlto, Huawei, Microsoft, RedHat üzrə əlavə sertifikatlar üstünlükdür;
  • İT İnfrastrukturun idarə olunması üzrə ən azı 5 il təcrübə;
  • Dəyişiklik və buraxılışların idarə edilməsi, o cümlədən İTİL mexanizmləri üzrə təcrübə;
  • Xüsusilə Bulud Xidmətlərinin çatdırılmasında mövcud olan və yeni yaranan İT texnologiyaları üzrə dərin bilik;
  • Məlumat Mərkəzi texnologiyalarının arxitekturası üzrə praktiki bilik;
  • "TCP/İP", "OSPF", "BGP", "Multicast" və “Anycast” üzrə dərin biliklər;
  • F5 BigIP  yük balanslaşdırıcıları,  Cisco marşrutlaşdırıcıları və Elektrik açarları, PaloAlto təhlükəsizlik şlüzləri ilə təcrübə;
  • DCİ texnologiyasının icrası üzrə təcrübə;  
  • “Overlay Transport Virtualization”, “Fabric Path”, “vPC” ( virtual portkanalları), VXLAN üzrə iş təcrübəsi;
  • Telekommunikasiya, xarici şəbəkə və VPN arxitekturası;
  • Məlumat Mərkəzinin server məkanının dizaynı, o cümlədən giriş səviyyəsi, ümumiləşdirmə səviyyəsi və əsas səviyyə üzrə iş təcrübəsi;
  • "İPv4" və "İPv6" üzrə biliklər.

Kompüter Bilikləri:

  • "Visio"/"AutoCAD" proqram təminatları;
  • "Microsoft Office" proqramları və alətləri üzrə biliklər;
  • Proqramlaşdırma dilləri ("Python" və s.) üzrə təcrübəyə sahib olmaq üstünlükdür;
  • Məlumat Mərkəzləri mühiti və "Tier" standartları üzrə biliklər;

Dil bilikləri:

  • Azərbaycan, Rus və İngilis dilində sərbəst ünsiyyət qurmaq.

Digər bacarıqlar:

  • Biliyini artırmaq və özünü inkişaf etdirmək arzusu;
  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq;
  • Əməliyyat keyfiyyətini dəstəkləmək;
  • Təşkilat daxilində həmkarlar və təchizatçılar/ortaqlar arasında yaxın əməkdaşlıq prinsiplərini dəstəkləmək.

Son müraciət tarixi: 10 dekabr 2023-cü il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni e-mail ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.