İşin təsviri
Vəzifəyə aid qoyulan tələblər:
- Təhsil: Ali;
- Təcrübə: 5 illik iş təcrübəsi;
- Yaş: 30+ ;
- MS Office proqramlarını mükəmməl bilməli və PowerPoint proqramı vasitəsilə təqdimat hazırlamaq bacarığının olması;
- ERP bilikləri olana üstünlük verilir;
- Azərbaycan və rus dilləri səlis, ingilis dili yaxşı;
- Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür.
Tələblər:
- Şirkətin təqdim etdiyi məhsul və xidmətlərin və fəaliyyət sahələri üzrə ümumi biliklər (texniki biliyi olan namizədələrə üstünlük verilir);
- Fikirləri dəqiq izah etmək, müştərini diqqətlə dinləmək və qarşı tərəfin personal tələbatlarını müəyyən etmək bacarığı;
- Təqdimatlar və digər reklam xarakterli məhsulların hazırlanmasında istifadə olunan proqram təminatı sahəsində biliklərin olması;
- Hədəfə fokuslanmaq;
- Müştərinin istəyinə əsasən təkliflərin operativ formalaşdırılması;
Öhdəliklər:
- Potensial müştərilərin axtarılması;
- Satış yönümlü danışıqların aparılması;
- Müxtəlif təqdimatların keçirilməsi;
- Məhsul və xidmətlərin vaxtında və keyfiyyətlə təqdim edilməsi üçün şirkətin digər struktur bölmələri ilə işin ələqələndirilməsi;
- Satış planının hazırlnaması və aparılması;
- Satış və digər statistik məlumatların uçotu;
- Müvafiq işin nəticələrini əks etdirən hesabat vı digər analitik materialların hazırlanması;
Şəxsi keyfiyyətlər:
- Aktivlik və proaktivlik
- Düzgün şifahi nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı;
- Analitik fikirləşmə qabiliyyəti;
- Kollektivlə işləyə bilməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
- Tapşırıqları operativ icra etmə qabiliyyəti;
- Loyallıq və punktuallıq;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə Baş mütəxəssis” sözünü qeyd edərək e-ünvanına göndərsinlər.