İnformasiya sistemləri üzrə iş proseslərini, həmçinin təklif olunan layihələrin miqyasını müəyyən etmək;
İnformasiya sistemləri üzrə sifarişçi ilə analitik müsahibələri aparmaq, proqram təminatına dair tələbləri toplamaq, tələbləri, istəkləri və imkanları nəzərə alaraq məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək;
İnformasiya sistemlərinin hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələbləri müəyyənləşdirmək;
Beynəlxalq praktikada baş verən inkişaf meylləri nəzərə alınmaqla araşdırmalar aparmaq;
Mövcud olan informasiya sistemləri və istifadə olunan texnologiyaların ekspertizasını aparmaq;
Biznes analiz ilə bağlı proseslərin təkmilləşdirilməsi ilə əlaqədar məlumat və rəy təqdim etmək;
“Agile” və qeyri-”Agile” proseslər kontekstində biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər İT mütəxəssislər ilə əməkdaşlıq etmək;
Tələbləri proqram təminatı komandasına effektiv şəkildə çatdırmaq üçün “user story”-lərin, “acceptance criteria”-ların və digər “Agile artefakt”-ların təkmilləşdirilməsində iştirak etmək;
Layihələrin vaxtında və büdcə daxilində tamamlanmasını təmin etmək üçün layihə menecerləri və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
Maraqlı tərəflər və layihə komandası üzvləri ilə müsbət əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək;
Texniki məlumatların qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
“Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lər kimi “Agile ceremony”-lərində iştirak etmək;
Müvafiq qanunvericilik və tənzimləyici çərçivələri dərindən başa düşmək;
Vəzifəsi üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 5 (beş) il iş təcrübəsi;
"Miro", "Visio", "Jira", "Figma", "Canva", "draw.io", BPMN, “YouTrack”, "Notion.so" və başqa müasir alətlər üzrə bilik və bacarıqlara sahib olmaq;
Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq;
İngilis dili biliyi - texniki səviyyədə;
Sahə üzrə sertifikatlara malik olmaq üstünlükdür/
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən digər vakansiyalar