Xərclərə nəzarət üzrə menecer

  • UNICO
  • Elanın qoyulma tarixi: 30.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş həcmini yoxlamaq və hazırlamaq (konstruksiya, daxili tamamlama, landşaft);
  • İş təsviri və iş həcmi arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Subpodratçıların F2-lərini yoxlamaq və təsdiq etmək;
  • Tenderdə iştirak formasına məlumatları daxil etmək;
  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərini tərtib etmək;
  • Birbaşa satınalma materiallarını ayırmaq və tam formada Satınalma departamentinə təqdim etmək;
  • Maya dəyərini formalaşdırmaq;
  • Texniki təklifi hazırlamaq;
  • Büdcə (Cost) məbləğini WBS-lərə bölmək və 1C-ə daxil etmək;
  • Subpodrat müqavilələrini hazırlamaq;
  • 1C-ə daxil edilən sifarişləri büdcə ilə yoxlamaq və təsdiq etmək;
  • Müştəri ilə F2 hazırlamaq;
  • Tikinti sahəsini monitorinq etmək və tikinti üzrə iclaslarda iştirak etmək;
  • Tikinti zamanı layihədə aparılan dəyişiklikləri analiz edib nəticələri qeyd etmək;
  • Material və xidmət qiymətlərinin layihə zamanı (proqnoz) qiymət dəyişikliklərini analiz etmək;
  • İş həcmini yoxlamaq və hazırlamaq (fasad və spesifik disiplinlər);
  • Komandanı idarə etmək;
  • Sifarişçi ilə danışıqlar aparmaq;
  • Tikinti departamenti ilə müzakirə edib, resursları araşdırmaq;
  • Subpodrat tenderlərini keçirmək və subpodratçıları müəyyən etmək;
  • Layihəyə dair aylıq texniki hesabatları hazırlamaq (Forma 2, Forma 3, Xərc analizi);
  • Kommersiya hesabatını hazırlamaq;
  • İş icra risklərini müəyyən etmək;
  • Xərc və gəliri planlamaq;
  • İş strukturunu qurmaq və iş bölgüsünü aparmaq;
  • Şöbə üzrə effektli iş bölgüsünü aparmaq.

Tələblər:

  • Sahə üzrə minimum 3 il təcrübə;
  • Sahə üzrə Ali təhsil;
  • Komanda idarə edilməsi üzrə təcrübə;
  • Azərbaycan dili (əla), inglis dili (yaxşı), rus dili (yaxşı);
  • MS Office, 1C, AutoCad.