İnşaat mühəndisi (ofis)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İllik tələb olunan materialların sifarişini hazırlamaq
  • Sahədə görülən işlərin təhvil təslim aktı əsasında qəbulunu yerinə yetirmək 
  • Sahədə podratçıların işinə nəzarət etmək 
  • Layihələndirilən təmir, tikinti və söküntü layihələri ilə tanış olmaq və irad və təkliflər hazırlamaq
  • Tikinti quraşdırma işlərinin tikinti norma və qaydaların uyğun yerinə yetirilməsinə nəzarət etmək
  • Tikilmiş obyektlərin istismara qəbulunun təşkilində iştirak etmək
  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi; 
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi; 
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması; 
  • Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərinin yoxlanilmasi;
  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi; 
  • Günlük, həftəlik və aylıq Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə resursları, layihə planı); 
  • Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edir və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edir. 
  • Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərinin və texniki siyasətinin, tikintinin mühəndis hazırlığı səviyyəsinin daim artırılmasının, xərclərin ixtisarının, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasının və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət; 
  • Texnoloji intizama riayət olunması, tikinti norma və qaydalarının yerinə yetirilməsi; 

Bacarıqlar:

  • Layihələrin idarəedilməsi bacarıqları;
  • Komandada işləmək bacarığı;
  • İşin planlaşdırılması bacarığı;
  • Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmaq;
  • Bina və qurğuların konstruksiya cizgilərinin yoxlanılması;
  • Bina və qurğuların statik hesabatlarının yoxlanılması;
  • Layihələrin tərtibatı;
  • Layihəyə uyğun material və iş həcmlərinin yoxlanılması;

Namizədə tələblər:

  • Ali mühəndislik təhsilli;
  • Sənaye və mülki tikinti işləri üzrə minimum 3 il iş təcrübəsinə malik olmaq;
  • AutoCad proqramından yüksək istifadə bacarığı;
  • Rus və İngilis dili dilləri üstünlükdür
  • 5 ildən çox müvafiq sahədə iş təcrübəsi
  • Kompüter bilikləri (Microsoft Office proqramları)
  • Azərbaycan dili səlis, rus və ingilis dili bilməsi üstünlükdür; 
  • Analitik düşüncə bacarığı; 
  • Ünsiyyət və komandada işləmək bacarıqları; 
  • Məsuliyyətli olmalı; 
  • Detallara diqqət yetirməyi bacarmalı

Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

İş rejimi: 6 günlük, bazar günü istirahət günüdür.

Cronos Construction tərəfindən digər vakansiyalar