Baş mühasib

  • Global Mining
  • Elanın qoyulma tarixi: 28.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının dəqiq uçotunu təşkil etmək;
  • Vergi (ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak), DSMF və statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Mühasibat sənədlərinin tərtib olunması, saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • Əmək haqqı hesablanmasını təşkil etmək, onun yoxlanılmasını və ödənişlərini icra etmək;
  • Debitor və kreditor borclara nəzarət;
  • Daxili mühasibatlıq sistemində yerli və xarici köçürmələrin icrasına nəzarət;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;

Namizədə tələblər:

  • İqtisadi sahədə ali təhsil (Maliyyə, Mühasibat uçotu və oxşar fakültələr) 
  • Mühasibat və maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi olmalı;
  • Dil bilikləri: Azərbaycan dilini səlis bilməli; Rus və ingilis dili bilikləri üstünlükdür;
  • MS Office - Excel, 1C proqramları bacarığı;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını bilməli;
  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını bilməli;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını bilməli;
  • Analitik düşünmə qabiliyyəti, səmərəlilik və təşəbbüskarlık qabiliyyəti, 
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq peşəkar mühasib sertifikatı olmalıdır,
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
  • Stressə davamlılıq, xoş və səliqəli görünüş
  • Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək
  • Cins : Xanım və bəy

İş şəraiti:

  • İş qrafiki: Həftə ərzində 5 gün iş, 2 gün istirahət
  • İş vaxtı: 09:00 – 18:00
  • Könüllü tibbi sığorta ilə təmin edilir;
  • Əmək haqqı- Namizədin bilik və bacarığından asılı olaraq dəyişir
  • Əmək Məcəlləsinə uyğun işə qəbul

Vakansiya ilə maraqlanan və tələblərə cavab verən uyğun namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göndərə bilərlər.