Anbar müdiri (Göygöl)

  • Global Mining
  • Elanın qoyulma tarixi: 02.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbar üzrə mövcud mal və materialların (eləcə də yanacağın) təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunmasını təmin etmək;
  • Anbar sahələrindən,  səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
  • Yanacaq sifarişinin planlı şəkildə verilməsi və ərazidə sayğacla qəbul edilməsi, müvafiq olaraq akt ilə təhvil-təslim edilməsi;
  • Yanacaq hərəkəti üzrə mövcud olan sayğacların düzgün çalışmasına nəzarət etmək, dövrü olaraq kalibrovka olunmasını təşkil etmək;
  • İstismarda olan özüboşaldanların, xüsusi texnikaların, qazanxanananın və digər yanacaq ilə çalışan avadanlıqların planlı şəkildə yanacaq ilə təmin edilməsi üçün daimi yanacaq rezervinin saxlanılmasını planlı şəkildə təmin etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Tabeçiliyində olan əməkdaşlara rəhbərlik etmək, fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən qanunvericilik aktlarına uyğun olan və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək;
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • İşəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək;

Tabeçiliyində olanlar:

  • Növbəli iş qrafikində çalışan 2 nəfər anbardar və 2 nəfər yanacaq üzrə nəzarətçi;

Namizədə tələblər:

  • Yalnız kişi namizədlər tələb olunur.
  • İş təcrübəsi: 2 ildən artıq
  • İdarəetmə təcrübəsi: 1 ildən artıq
  • Yaş həddi: 30-40 yaş
  • Təhsil: Ali təhsilli
  • Dil biliyi: Azərbaycan dili-səlist, İngilis dili və Rus dili arzuolunandır
  • Komanda daxilində işləmək bacarığı;
  • Uyğun sahə üzrə sertifikatların olması arzuolunandır;
  • MS Office proqram bilikləri, xüsusi ilə Excel və Outlook proqramlarını mükəmməl bilmək, əlavə olaraq 1C  arzuolunandır;
  • İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi;
  • Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
  • Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq;

İş şəraiti:

  • İş yeri: Göy Göl rayonu Tülallar kəndi ərazisində yerləşir
  • İş qrafiki: Həftə ərzində 5 gün iş, 2 gün istirahət
  • İş vaxtı: 08:00 – 17:00
  • Şirkət hesabına nahar yeməyi ilə təmin edilir;
  • Tibbi sığorta ilə təmin edilir;
  • Şirkət hesabına nəqliyyat servis xidməti təşkil edilir;
  • Əmək haqqı- 1200-1500 AZN;
  • Əmək Məcəlləsinə uyğun işə qəbul

Vakansiya ilə maraqlanan uyğun namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Anbar müdiri” qeyd etməklə göndərə bilərlər.