Administrator

  • Bank
  • Elanın qoyulma tarixi: 06.11.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə:      Administrator
 
Ohdəliklər:
 
1.      Bankın mövcud və potensial müştərilərini qarşılamaq.
2.      Bankın mövcud və potensial müştərilərinin effektiv xidmət olunmasını təşkil etmək və onların rahatlığı üçün müvafiq şərait yaratmaq,
3.      Bankda mövcud olan xidmətlər haqqında mövcud və potensial müştərilərə konsultasiya vermək, məhsullar, tariflər və komissiyalar haqqında tam informasiyanı çatdırmaq, həmçinin onlarda yaranmış problemlərin həllində dəstək olmaq.
4.      İş yerinin təşkili, yenilənməsini və müştəri xidmətində lazımlı reklam məhsullarının vəziyyətinə nəzarəti həyata keçirmək.
5.      Müştəri xidmətində və ona aid ərazilərdə təmizlik və nizama nəzarət etmək.
6.      Mövcud və potensial müştərilərin iş ilə əlaqədar yaranan çətinliklər və çatışmazlıqlar haqqında rəhbərliyi məlumatlandırmaq və onların aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək.
7.      Müştəri xidmətinin rəhbərliyinin göstərişlərinin işçilər tərəfindən düzgün və vaxtında icra edilməsinə nəzarət etmək.
8.      Görülmüş işlər haqqında hesabat tərtib etmək.
9.      Zəruri ərizələrin, qəbzlərin, blankların vaxtlı-vaxtında nəzarət bölməsinə və əməliyyat bölməsinə çatdırmaq.
10.  Ehtiyac olduqda telefon zənglərini cavablandırmaq və nəzərdə tutulan əməkdaşlara yönləndirilməsini təmin etmək.
11.  Mövcud və potensial müştərilərə təqdim olunan xidmət ilə bağlı iddiaların müzakirə etmək və onların aradan qaldırması üçün lazımi təşkilatı-texniki, inzibati tədbirləri həyata  keçirmək. Yaranan bütün mübahisələrin qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada həll olunmasını təmin etmək.
12.  12  Müştəri tərəfindən əldə edilmiş məhsul və ya xidmətlə bağlı şikayyət daxil                 olduğu halda, həmin müraciətləri qəbul edib qeydə almaq, onları müzakirə               üçün müştəri xidmətinin rəhbərliyinə təqdim etmək.
 
Xüsusi/texniki bacarıqlar və peşəkar təcrübə üzrə tələblər

1.            Təhsil: ali (ikipilləli ali təhsil sistemində bakalavr dərəcəsi)
2.            Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini orta səviyyədə bilməsi.
3.            Potensial müştəriləri cəlb etmə, onlarla iş və əlaqələri inkişaf etdirmə bacarığı.
4.            Kompüterdə iş bacarığı – MS Office.
 
İş qrafiki:

- Bazar ertəsi–Cümə: 9:00 - 18:00
 
20-30 yaşınadək xanimlara və Sumgayıt şəhərində yaşayan namizədlərə üstünlük verilir.
 
Şəkilsiz olan CV-lərə baxılmayacag!

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “ADMINISTRATOR” yazmaqla öz CV-lərini



[email protected]

ünvanına göndərə bilərlər.