Mühasibatlıq üzrə kargüzar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kargüzarlıq tərəfindən lazımı şəkildə mühasibat sənədlərini mühasibat şöbəsinə təqdim etmək
  • Mühasibat sənədlərini və qeydlərini düzgün tərtib etmək, onları düzgün hazırlamaq və saxlamaq
  • Sənədləri arxivə yerləşdirmək
  • Sənədlərin bazasının qeydiyyatını aparmaq və bazanı yeniləmək
  • Sənədlərin sürətini çıxarmaq
  • Sənədləri nömrələmək
  • Sənədləşmə problemlərini və uyğunsuzluqları araşdırmaq, onları izləmək və itmiş sənədləri bərpa etmək.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya idarəetmə) 
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis (yaxşı), rus (yaxşı) 
  • MS Office programları üzrə biliklər (xüsusilə Excel) 
  • Yüksək icraçılıq bacarığı
  • Operativ, dəqiq və təşəbbüskar olmaq
  • Təşkilatçılıq və planlaşdırma bacarığı
  • İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı
  • Komandada işləmək bacarığı
  • Problem həll etmə bacarığı.

Maraqlanan namizədlər email ünvanına “Mühasibatlıq üzrə kargüzar” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.