İnsan resursları şöbəsinə İşə qəbul üzrə mütəxəssis

  • Qafqaz Lizinq
  • Elanın qoyulma tarixi: 05.11.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnsan resursları şöbəsinə İşə qəbul üzrə mütəxəssis

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvü, 2011-ci ildən isə Azərbaycan Mikromaliyyə Assosiasiyasının üzvü olan ilk və yeganə lizinq şirkətidir.

Hal-hazırda “Qafqaz Lizinq” ASC  İnsan resursları şöbəsinə İşə qəbul üzrə mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

• Mütəmadi olaraq “Qafqaz Lizinq” ASC - nin işə qəbul üzrə email ünvanını yoxlamaq və ərizələri seçib ayırmaq; 
• İş elanlarını hazırlamaq və müxtəlif reklam-informasiya daşıyıcıları vasitəsilə məlumatın yayılmasını təmin etmək;
• Məlumatlar (CV) bazasının müntəzəm qaydada işləməsini təmin etmək və yeniləmək;
• Müsahibələr təşkil etmək, müsahibə cədvəllərini hazırlamaq və koordinasiya etmək;
• İşə qəbul üzrə hesabatlar və digər materiallar üçün məlumatları lazımi qaydada araşdırmaq, tərtib və təhlil etmək;
• Lazımi təqdirdə İR şöbəsinin fəaliyyəti ilə bağlı digər inzibati və köməkçi vəzifələri icra etmək.  

Tələb olunan keyfiyyətlər:

• Ali təhsil;
• İşə qəbul və seçim sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
• Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini

[email protected]

elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (İnsan resursları şöbəsinə İşə qəbul üzrə mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.