İşə götürən: “Grand Motors” MMC
Vəzifə: Müqavilələr üzrə mütəxəssis
Əmək haqqı:1500-2000 AZN
Dəvəçi və Siyəzən rayonu ərazisində aparılan su və kanalizasiya sistemlərinin (waste-water treatment) çəkilməsi layihəsi üzrə “Müqavilələr üzrə mütəxəssis” tələb olunur.
İşin təsviri:
- Bağlanmış müqavilələrə nəzarət, bağlanacaq müqavilələri nəzərdən keçirərək risklərin aydınlaşdırılması
- Ziddiyət və uyğunsuzluqların araşdırılması və həll edilməsi
- Müqavilədən kənar işlərin təyin edilməsi və sifarişçi ilə dəqiqləşdirilməsi
- Görülmüş işlərin müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması və təhvil təslim sənədləşdirilməsi
- Tikintinin həyata keçirilməsi üçün lazımı strukturlardan icazələrin alınması və bununla bağlı bütün işlərin icrası
Tələblər:
- Ali texniki təhsil ( tikinti sahəsi bitirməsi daha məqsədəuyğundur)
- Mülki və sənaye tikinti sahəsində (xüsusilə su və kanalizasiya çəkilişi) iş təcrübəsi. (minimum 3 il iş təcrübəsi)
- Yerli və beynəlxalq müqavilə formalarını bilməlidir. FIDIC tipli müqavilələri bilməsi arzu olunandır
- Tikinti təşkili, idarə olunması və nəzarət sahəsində çalışmış şəxslərə üstünlük verilir
- İngilis dili upper-intermediate
- MS Office
- Analitik qabiliyyət, karyera motivasiyası olan, ünsiyyət qurma qabiliyyəti olan şəxslər
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 9:00 - 18:00
- Şənbə : 10.00 – 16.00
İş yeri Bakıda yerləşir. Maraqlanan namizədlər mövzu yerində “Müqavilələr üzrə mütəxəssis ” yazmaqla öz CV-lərini
ünvanına göndərə bilərlər.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.