Daxili Nəzarət şöbəsinin Baş mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 22.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • İH Sədrinin müavini tərəfindən təsdiq edilmiş monitorinq planına əsasən, həmçinin plandan kənar yoxlamaların aparılması;
  • Kiçik mütəxəssislər tərəfindən təqdim edilən monitorinq nəticələrin yoxlanılması;
  • Daxili tədqiqatların aparılması və hesabatların hazırlanması;
  • Bank əməkdaşlarının Davranış Məcəlləsinə, qanunlara, mərkəzi bankın qaydalarına, bankın siyasətinə və proseduralara uyğunluğuna nəzarət; 
  • Daxili fırıldaqçılıq ilə mübarizə tədbirlərinin koordinasiyası, fırıldaqçılıq qiymətləndirmələrinin aparılması;
  • Aşkar edilmiş uyğunsuzluqları ehtiyac yarandığı təqdirdə İnsidentlərin İdarə Olunması sisteminə və ya gələcəkdə yaradılacaq digər monitorinq sistemlərinə daxil etmək və daxil edilən məsələyə dair rəy və təkliflərin verilməsinin təmin edilməsi;
  • Maliyyə məlumatlarının və hesabatların düzgünlüyünə və tamlığına, eyni zamanda bu məlumatı müəyyənləşdirmək, ölçmək, təsnif və məruzə etmək üçün istifadə edilən prosedurların effektliyini qiymətləndirilməsinə nəzarət edilməsi;
  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında şöbə adından iştirak edilməsi;
  • Müəyyən edilmiş insidentləri barədə şöbə rəhbərinə hesabatların verilməsi;
  • Yoxlamadan əvvəl ehityac yaranan sənədlərin hazırlanmasını həmçinin yoxlama zamanı istifadə edilən iş sənədlərinin, yoxlamanın nəticələrini əks etdirən akt, hesabat və digər bu kimi sənədlərin qorunub saxlanmasının təmin edilməsi;
  • Daxili Audit, Daxili Nəzarət, Əməliyyat Risklərinin İdarə Olunması üzrə funksiyalarının aşkar etdikləri pozuntuları əhatə edən hesabata kontrol və nəzarətin edilməsi;
  • RCSA-də qeyd edilən proseslər üzrə testlərin aparılmasında iştirak və tamlığına nəzarət edilməsi;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Bankın strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqində iştirak edilməsi;
  • Şöbə daxili yoxlama planına metodoloji yol göstərilməsi;
  • Rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər:

  • Təhsil: İqtisadiyyat sahəsində (və ya uyğun digər sahə) ali təhsil (bakalavr)
  • Tələb olunan iş təcrübəsi: 3-5 il bank təcrübəsi
  • Lisenziya / Sertifikat: - ACCA, CİA və ya oxşar sertifikasiya arzuolunandır
  • Xarici dillər: İngilis (səlis)
  • Kompüter bilikləri: Microsoft Office
  • Başqa tələblər: - Bankda risk, daxili audit, əməliyyat nəzarət, maliyyə nəzarət, daxili nəzarət və komplayns üzrə iş təcrübəsi

İşəgötürənin reytinqi