Satış təmsilçisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsili olmalı; 
  • Komandada işləmək bacarığı olmalı;
  • İngilis və Rus dili biliyi yüksək səviyyədə olmalı;
  • Satış sahəsi üzrə 1-2 il iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Mükəmməl təqdimat bacarığı olmalı.
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

İş haqqında məlumat: 

  • İcarə və Satış bölməsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirmək;  
  • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir;
  • Cəmiyyətin təqdim etdiyi daşınmaz əmlak qiymətlərindəki dəyişiklikləri, yeni kampaniya müddətləri ilə bağlı müştəriləri məlumatlandırır;
  • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və rəhbərini məlumatlandırır;
  • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır;
  • Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və rəhbərinə məlumat verir;
  • Müştəri barədə daxil olan bütün informasiyaları proqrama qeyd edir;
  • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və müdirinə təqdim edir;
  • Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir.
  • Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi