İcraçı direktor

  • Silkway Plastic
  • Elanın qoyulma tarixi: 21.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat: 

  • Direktora şirkətin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək.
  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
  • Direktorun qərarlarının icrasına nəzarət etmək.
  • Direktorun göstərişi ilə İcraçı Direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
  • Şirkətin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
  • Şirkətin direktoruna lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
  • İş qrafiki: Həftədə 6 gün, nahar şirkət tərəfindən verilir.

Namizədə Tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahədə azı 3-5 il iş təcrübəsi, (İstehsalat sahəsinədən təcrübəsi mütləqdir),
  • Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri arzu olunandır);
  • Kompüter bilikləri;Microsoft Office
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
  • İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
  • Güclü qavrama qabiliyyətinə malik olmaq, müasir onlayn ticarət təfəkkürünü dərk etmək;
  • Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
  • Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda rəhbəri olmaq bacarığı;
  • Səriştəli, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilən, 3 ildən az olmayan təcrübəsi olan şəxslər

Əmək haqqı razılaşma yolu ilə.

Silkway Plastic tərəfindən digər vakansiyalar