Maliyyə meneceri

  • Green Tech
  • Elanın qoyulma tarixi: 20.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Mühasibat uçotunda əks olunmuş əməliyyatların aylıq monitorinqi və təhlilini etmək;
  • Bütün aylıq hesabatların müəyyən edilmiş son tarixlərə qədər işlənib hazırlanmasını təmin etmək üçün Mühasibatlıq şöbəsinin işçilərinin mütəşəkkil şəkildə işləmələrini təmin etmək;
  • Aylıq büdcə-fakt analizinin aparılması;
  • Müəssisəyə aid balanslara maliyyə nəzarəti və yoxlanışların edilməsini təmin etmək;
  • Faktiki maliyyə nəticələrinin büdcəyə görə təhlil edilməsi;
  • Vergi qaydalarının uyğunluğunu təmin etmək;
  • Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq müəssisənin fəaliyyətini təhlil etmək və maliyyə göstəricilərinin təhlili və analitik hesabatların hazırlanmaq;
  • Müəssisənin gəlir xərc mərkəzlərinə nəzarət və hesabatlığın təmin olunması;
  • Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinə dəstək vermək;.

Tələblər:

  • Təhsil: Müvafiq sahədə ali təhsil; 
  • Maliyyə sahəsində ən azı 8 il iş təcrübəsi;
  • PMS sertifikatı olması mütləqdir;
  • ACCA və buna oxşar sertifikatların olması arzuolunandır;
  • Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı;
  • 1C Mühasibatlıq proqramı üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (yaxşı), Rus dili (yaxşı)

Təminatlar:

  • Nahar və transport şirkət tərəfindən təmin edilir.
  • İşçi Korporativ nömrə ilə təmin edilir.
  • İş qrafiki 5 günlük ;
  • İş yeri Binə qəsəbəsi ərazisində yerləşir;
  • Əmək haqqı ştat cədvəlinə uyğun təyin ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə meneceri” şəklində göstərməyiniz xahiş olunur.