Auditor (PMD-nin biznes vahidi üçün)

  • PMD Group
  • Elanın qoyulma tarixi: 17.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Audit yoxlamasının əhatə dairəsini və yekun planı hazırlamaq;
  • Sənədləri nəzərdən keçirmək, daxili qayda və prosedurlara uyğun formada hazırlanmasını yoxlamaq;
  • Müəyyən edilmiş standartlara uyğun olaraq və büdcədə nəzərdə tutulmuş müddətlərdə audit yoxlamalarını və digər tapşırıqları yerinə yetirmək;
  • Məhdud nəzarət altında audit prosedurlarını yerinə yetirmək, prosesləri sənədləşdirmək;
  • Cari audit prosedurlarını qiymətləndirmək, lazım gəldikdə dəyişikliklər təklif etmək və prosedurları təkmilləşdirmək;
  • Müəyyən edilmiş riskləri aradan qaldırmaq və ya azaltmaq üçün tövsiyələri  özündə əks etdirən yekun audit hesabatlarını hazırlamaq və ya hazırlanmasında köməklik göstərmək;
  • Yazılı hesabatlar və təqdimatlar vasitəsilə audit yoxlama nəticələrini rəhbərliyə çatdırmaq və ya çatdırılmasında köməklik göstərmək;
  • Müəyyən edilən risklərin rəhbərlik tərəfindən aradan qaldırılmasını yoxlamaq üçün izləmə audit yoxlamalarını həyata keçirmək;
  • Şirkət və departament daxilində effektiv əlaqələr qurmaq və inkişaf etdirmək;
  • Daxili və ya kənar təlimlərə qoşularaq peşəkar bacarıqları inkişaf etdirmək və iş mühitində qazanılan bacarıqları tətbiq etmək;
  • Rəhbərlik tərəfindən təyin olunan digər tapşırıqları yerinə yetirmək.

Təhsil:

  • Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;

İş təcrübəsi:

  • Audit və ya maliyyə/mühasibatlıq sahəsində müvafiq iş təcrübəsi;

Bilik və Bacarıqlar:

  • Məxfiliyi qoruyaraq və davranış qaydalarına riayət edərək, şöbə daxili və departamentlər arası effektiv kommunikasiyanın yaratmaq;
  • Problemlərin, risklərin və onların həllərinin düzgün müəyyən etmək;
  • Kollektiv ilə ünsiyyət bacarığı;
  • Komanda şəklində iş bacarığına malik olmaq;
  • Detallara diqqət;
  • Nəticəyə istiqamətlənmə / fokuslanma;
  • Beynəlxalq Peşəkar Təcrübələr Çərçivəsi və Etik Məcəllə haqda biliklər və anlayışlara malik olmaq;
  • Güclü analitik bacarıqlar;
  • Yüksək səviyyədə yazılı / şifahi ünsiyyət və münasibətlərin qurmasını bacarmaq;
  • Eyni zamanda bir neçə göstərişləri həyata keçirmə bacarığı;
  • Stressin idarə edilməsi bacarığı;
  • Müstəqil olaraq, rəhbərin birbaşa nəzarəti olmadan, qarşıya qoyulmuş göstərişləri vaxtı-vaxtında tamamlamaq bacarığı;
  • Tez öyrənmə və uyğunlaşma bacarığı;
  • İş ilə bağlı səyahət etmək imkanı.

Kompüter bilikləri:

  • Word, Excel, Power Point

Dil bilikləri: 

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – arzu olunandır;

İşəgötürənin reytinqi