Filial müdiri (Bakı şəhəri)
Filial müdirinə olan tələblər:
- Ali təhsil;
- Bank sahəsində 3 ilə qədər iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
- Azərbaycan və rus dillərində səlist danışıq bacarığı;
- Ünsiyyətqurma, komandada işləmək və problemi həlletmə bacarığı;
- Liderlik qabiliyyətinin olması;
- İdarəetmə bacarığı.
Filial müdirinin vəzifə öhdəlikləri:
- Filialdakı satış və əməliyyat işlərini qurmaq və məhsuldar şəkildə istiqamətləndirmək;
- Filialda lazımi planlama və təşkilati işləri reallaşdırmaqla işlərin planauyğun şəkildə aparılmasını təmin etmək;
- Filialda müştərilərə keyfiyyətli xidmət göstərmək və satışı təşkil etmək;
- Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
- Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
- Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
- Potensial müştəriləri müəyyən etmək və onları əldə etməyə çalışmaq.