Xəzinədarlıq Departamentinin Kiçik Mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Valyuta bazarlarında kredit və dilinq əməliyyatları üzrə əqdlərin bağlanmasında iştirak etmək;
  • Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelinə nəzarət etmək;
  • Bankın cari, qısamüddətli və uzunmüddətli likvidliyinin təmin edilməsi prosesində iştirak etmək;
  • Əməkdaşlıq edilən yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
  • Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat sahəsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili əla, İngilis dili və Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Excel proqramı üzrə yüksək səviyyədə biliklər;
  • Yüksək riyazi biliklər və analitik təhliletmə qabiliyyəti;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 01 dekabr 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xəzinədarlıq Departamentinin kiçik mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə

İşəgötürənin reytinqi