Qazma Avadanlıqları üzrə Çilingər

İşin təsviri

Son Müraciət tarixi – 23.11.2023

Vəzifə Öhdəlikləri:

  • Qazma qurğularına xidmət və avadanlığın cari təmiri
  • Qazma bucurğadının bloklama qurğusuna servisin göstərilməsi
  • Köməkçi bucurğad və yükqaldırıcı kranlarla təmin olunmayan qazıma qurğularına xidmət
  • Manometrin yoxlanılması, açılaraq içindəki şlanqın dəyişdirilməsi
  • Rotorun yağının yoxlanılması
  • Fırlanğıcın yağının yoxlanılması, kipkəclərinin dəyişdirilməsi
  • Nasosların cari təmiri
  • Porşenlərinin çıxardılması və dəyişdirilməsi
  • Silindirin dəyişdirilməsi
  • Kipkəclərin dəyişdirilməsi
  • Neftin emal və neft məhsullarının istehsal üzrə qurğuların bütün növlərdən olan aparat, avadanlıq və kommunikasiyalarının qəzasız və etibarlı işini, aparat və avadanlıqların düzgün istismarını, onların vaxtında və keyfiyyətlə təmirini və yeniləşdirilməsini təmin edilməsi
  • Aparat və avadanlıqlara müntəzəm baxış keçirilməsini, plan-xəbərdarlıq təmir qrafiklərinin, pasport və digər sənədlərin tərtib olunmasını təşkil edilməsi
  • Qovşaq və detalların təmiri və bərpası üzrə mütərəqqi metodları, həmçinin aparat və avadanlıqların xidmət müddətinin artırılması və boşdayanmalarının ixtisarı, təmirin dəyərinin azaldılması və keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirləri işləyir və həyata keçirilməsi
  • Avadanlıq və aparatların, ayrı-ayrı detal və qovşaqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aşkar etmək məqsədilə onların iş şəraitini tədqiq edilməsi
  • Aparat və avadanlıqların işlərinin, onların boşdayanma səbəb və müddətlərinin, təmir və modernləşdirmə üzrə yerinə yetirilmiş işlərin uçotunu təşkil edilməsi
  • Avadanlıqlarda baş vermiş qəzaların səbəblərinin təhqiqində, qəza və istehsalat zədələnmələrinin qarşısının alınması üzrə tədbirlərin işlənməsində iştirak etmək
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasını təmin etmək.
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar

Tələblər:

  • Peşə orta ixtisas təhsili 
  • Sahə üzrə müvafiq təcrübə 
  • Müvafiq sertifikatlarının olması arzuolunandır 
  • Dənizdə iş təcrübəsinin olması üstünlükdür