İşin təsviri
İşin təsviri:
- Bütün mühasibat əməliyyatlarının uçotunun həyata keçirilməsi və Logix proqram təminatına daxil edilməsi
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Gündəlik əməliyyatların yerinə yetirilməsi (invoys, qaimələrin yazılması, aktların hazırlanması və s.).
- Gündəlik alınan malların Logix proqramına işlənilməsi;
- Gündəlik satışların Logix proqramına işlənilməsi;
- Elektron Qaimə fakturaların daxil edilməsi və yoxlanılması;
- Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;
- Rəhbərlik üçün gündəlik, həftəlik və aylıq daxili hesabatların hazırlanması
- Daxil olan sənədlərin üzləşdirilərək yoxlanılması və Logix sisteminə işlənməsi
- Satışlar üzrə sənədlərin hazırlanması və qaimələrin təqdim olunması
- Pul vəsaitləri üzrə daxilolmaların Logix sisteminə işlənməsi və ödəmələrin icrası
Namizədə tələblər:
- Müvafiq sahə üzrə təhsil
- Mövcud sahədə ən az 1 il təcrübəsi
- MS Office, xüsusilə Excel bilikləri
- E-taxes və internet banking sistemlərində işləmə bacarığı
- 1C proqramında sərbəst işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və peşakar
- Rus dili (arzuolunandır)
İş qrafiki: Həftədə 6 iş günü
İş Yeri: Dərnəgül Tikinti Bazarı
Zəhmət olmasa müraciət edərkən mövzu hissəsində “Mühasib- Operator” qeyd edərək e-mail ünvanına göndərin.