Hüquqşünas

  • Brand Credit BOKT
  • Elanın qoyulma tarixi: 15.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək funksiyası:

  • Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
  • Müəssisənin fəaliyyətindən irəli gələn sənədlərə (məktublara, əmrlərə və s.) həmçinin müqavilələrə rəy vermək və hüquqi ekspertizanı həyata keçirmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
  • Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
  • Müəssisənin adından bağlanılan bütün əqdləri hüquqi ekspertizadan keçirmək və qanuna, müəssisənin mənafelərinə uyğun оlаn əqdləri (müqаvilələri) vizа ilə təsdiq etmək və yа onlara dair yаzılı rəy vеrmək, həmçinin qаnunа, habelə müəssisənin mənafelərinə zidd əqdlərin bağlanılmaması barədə rəhbərlik qarşısında məsələ qaldırmaq və bunun səbəblərini аçıqlаyаn yаzılı rəy vеrmək;
  • Müəssisəni məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək;
  • Hüquq məsələlərinə aid rəhbərliyin diqər tapşırıqlarını yerinə yetirmək.
  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanması; 
  • Cəmiyyət daxili qayda, prosedur və prosesləri tərtib etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Dövlət orqanlarından daxil olan sorğuları cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Hüquqi rəy üçün daxil olan daxili normativ sənəd və müqavilə layihələrinə rəy vermək;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • İdarəetmə orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • Bank daxili təlimat, qayda və prosedurların layihələrinin hazırlanmasında iştirak etmək və bu sənədlərin təkmilləşdirilməsi ilə bağlı yeni təkliflər vermək; 
  • Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq; 
  • Qanunvericilik aktlarının və bank daxili normativ sənədlərinin uçotunu aparmaq; 
  • Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və bunların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; 
  • Bankın aidiyyati struktur bölmələrinin işçilərinə etibarnamələr hazırlamaq;
  • Bankda daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək; 
  • Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şürasının və İdarə Heyətinin iclas protokollarını, İdarə Heyəti üzrə əmr, sərəncamlarının hazırlanmasını və hüquqi ekspertizasının təşkil etmək; 
  • Bankın hüquqi sənədlərinin, o cümlədən Nizamnamə və idarəetmə orqanlarının 
  • Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək; 
  • Zərurət yarandıqda Bankın müvafiq struktur  bölmələrinə pretenziya işində hüquqi yardım göstərir, iddia materiallarının hazırlanması və məhkəmə orqanlarına təqdim edilməsini təmin edir.

Namizədə tələblər:

  • Ali hüquq təhsil;
  • İxtisası (məhkəmə, icra, hərrac işləri) üzrə ən azı  3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
  • Hüququn mülki, əmək sahələrini və məhkəmə təcrübəsi olan və qanunvericiliyini yaxşı bilmə, ;
  • Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
  • Hüquqi nitq və yazışma qabiliyyəti olmalı;
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi;
  • Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır).

İş şərtləri: Həftə içi 5 gün,10:00-dan - 18:00-dək. Nahar fasiləsi 13:00-dan 14:00-dək

AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirmə

Qeyd: Göstərilən tələblərə uyğun olan şəxslərin elektron ünvana "Hüquqşünas" başlığı ilə CV-lərini göndərməkləri xahiş olunur.