Psixoloq

İşin təsviri

Avropa Azərbaycan Məktəbi

Psixoloq vəzifəsinə boş olan yer üzrə müsabiqə elan edir.

Müsabiqədə iştirak üçün namizədlərdən aşağıdakılar tələb olunur:

 Məktəb psixologiyası üzrə ali təhsil. Xaricdə təhsil alanlara üstünlük veriləcək.
 Azı üç illik psixoloq kimi orta məktəbdə iştəcrübəsi. Üstünlük bu sahədə beynəlxalq təcrübəyə malik namizədlərə veriləcək.
 MS Office proqramlarından və internetdən istifadə bacarığı
 Azərbaycan dili ana dili olmaqla, rus və ingilis dillərində sərbəst danışma

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Psixoloji prinsip və metodların təhsil proqramına tətbiqi bacarığı
• Məktəb yaşlı uşaqlarla işləmə bacarığı
• Komandada işləmə və şəxsiyyətlərarası münasibətlərin qurulması bacarığı
• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi ünsiyyət qabiliyyəti
• Qərar qəbul etmə və problem həll etmə bacarığı
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə

İşin təsviri:

- Məktəbin psixoloji xidmət üzrə ehtiyaclarını qiymətləndirmək, müvafiq tövsiyələr və strategiyalar hazırlamaq
- Davranış problemi, öyrənmə çətinliyi olan şagirdlərlə qrup və ya fərdi halda işləmək
- Davranış problemli şagirdləri olan müəllimlərlə yaxından işləyərək, həmin müəllimlərin bu problemlərin öhdəsindən gəlmək üçün peşəkarlığının artırılmasına kömək etmək, ehtiyac olduğunda, müvafiq təlimlər təşkil etmək
- Məktəbə yeni başlayan şagirdlərin məktəbə alışmasına köməklik göstərmək
- Məktəbin psixoloji xidmətinin fəaliyyətinə dair Məktəb rəhbərliyinə rüblük, yarımillik və illik yazılı hesabatlar vermək
- Davranış problemi, öyrənmə çətinliyi olan şagirdlərin valideynləri ilə yaxından işləyərək, onları işin gedişi ilə vaxtaşırı məlumatlandırmaq

Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun namizədlər dəvət olunacaq. Meyarlara uyğun gələn namizədə yüksək əmək haqqı təklif olunur.

Maraqlananlar CV-lərini [email protected] elektron ünvanına göndərə bilər.

Sənədlər 13 noyabr 2013-ci il tarixədək qəbul ediləcəkdir.

İşəgötürənin reytinqi