Keffiyyətə nəzarət üzrə İnspektor

  • STP Alüminium
  • Elanın qoyulma tarixi: 15.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə dair əsas tələblər, kompetensiyalar:

  • Normativ və konstruktor sənədlərini anlamalı
  • İstehsal olunan məhsulun texnologiyasını bilməli
  • İstehsalatda tətbiq olunan standartları bilməli
  • İstehsal olunan məhsulun standarta uyğun nəzarət olunan ölçü parametrlərini və nəzarət qaydalarını, ölçmə vasitələrindən istifadə etməyi, məhsulun xarici qüsurlarının əsas əlamətlərinə görə tanımağı və sinifləşdirməyi bacarmalı
  • İngilis dili və rus dilini bilmək (üstünlük verilir)
  • MS Excel, MS Word, Outlook proqramları ilə işləmək bacarığı
  • Cəmiyyət daxili kommunikasiya əsaslarını bilməli.

Vəzifə öhdəlikləri:

  • İstehsal olunan məhsulların standartlara və təmin edilən qaydalara uyğun olmasına nəzarət edilməsi 
  • İstehsal olunan məhsulun vizual və ölçülərinin yoxlanılması
  • İstehsal olunan məhsulun düzgün olan, qeydiyyatdan keçmiş, möhürlənmiş cizgilər əsasında yoxlanılması
  • Sifarişə uyğun olaraq istehsal olunmuş məhsulun qarışmaması üçün qəbul edilmiş qaydada nişanlanmasına (markalanmasına) nəzarət edilməsi
  • İstehsal prosesinin bütün mərhələlərində operativ nəzarətin həyata keçirilməsi
  • Keyfiyyətsiz məhsulun istehsalının qarşısının alınması
  • Uyğunsuz və ya zay məhsul buraxıldığı təqdirdə məhsul partiyasını (seriyasını) qəbul etməmək və bu haqda rəhbərliyi yazılı şəkildə məlumatlandırmaq
  • Zay məhsul istehsalı zamanı onun sənədləşdirilməsini, qeydiyyatını və izolə olunmasını təmin etmək
  • Məhsulun keyfiyyətinin qoyulan tələblərə cavab verməməsi səbəblərinin analiz və tədqiq edilməsində iştirak etmək
  • Məhsulun düzgün paketlənməsinə nəzarət etmək
  • İstehsal zamanı məhsulun girişdən çıxışa qədər bütün mərhələlərdə izlənməsini təmin etmək