Briqadir

İşin təsviri

Əmək funksiyaları:

  • Briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası təlimatlarına riayət etmələrinə nəzarət etmək;
  • Daima işə başlamazdan əvvəl iş yerlərinin vəziyyətini, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmasını, avadanlığın, alətlərin, çəpərlərin, keçidlərin, pilləkənlərin və başqa hündürdə işləmək üçün lazım olan vasitələrin işə yararlığını və sazlığını yoxlamaq; 
  • Görüləcək işlərin xüsusiyyətindən asılı olaraq işçiləri sahələrdə yerləşdirir, onlara görəcəkləri işin ardıcıllığı haqqında izahat vermək;
  • Yeni işə qəbul olmuş fəhlələri təhlükəsiz işləməyə, mühafizə və xilasedici vasitələrdən istifadə etmə qaydalarına öyrətmək;
  • Tikinti sahəsi ərazisinin təmizliyinə nəzarət etmək, sahədən çıxan tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin etmək;
  • Tikinti materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət etmək, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirmək.

Tələblər:

  • Müvafiq sahə üzrə 3 ildən artıq təcrübəyə üstünlük verilir;
  • Planlaşdırma, təşəbbüskarlıq, problem həlletmə, stressə davamlı;

Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərə bilər.