İşin təsviri
Namizədə tələblər:
- İşində cəld və səliqəli olmalı;
- Bacarıqlı, gülərüz, nizam-intizamlı olmalı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli;
- İş zamanı şirkət daxili və etik qaydalara ciddi əməl etməli;
- Azərbaycan dilində sərbəst danışmalı;
- Xoş və səliqəli zahiri görünüş;
- Yaş: 20 – 45 yaş (yalnız xanım namizədlər).
İş barədə məlumat:
- Rəhbərliyə və əməkdaşlara çay, kofe, su təqdim edilməsi.
- Mətbəxin və ofisin daimi təmizliyini təmin etmək
- Lazım olan təmizlik vasitələrinin və mətbəx ləvazimatlarının şifahi sifarişi
- İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək;
- Mətbəx avadanlıqları və təmizlik ləvazimatlarından istifadə etmə bacarığı;
- Təhlükəsiz bir şəkildə işləmək, bütün sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Gündəlik, həftəlik və ya aylıq tələblərin qarşılanması üçün hər zaman yetərli qədər stoku təmin etmək
- İş qrafiki: 5 günlük
- AR Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə
- Əmək haqqı: 450 AZN (NETT)
Qeyd:
İş yeri Koroğlu metrostansiyası yaxınlığı, 5 saylı ASAN xidmətin arxasında yerləşir.
Namizədlərdən şəkilli CV-lərini yuxarıda qeyd olunan e-mail ünvanına göndərmələrini xahiş edirik.