Təcrübəçi Mühasib

İşin təsviri

Bizim namizəd müxtəlif sahələrdə fəaliyyət göstərən və fərqli vergi ödəyicilərinə eyni zamanda xidmət göstərir. Lakin iş həcmimizin yüksək olmasına baxmayaraq mülayim, pozitiv və peşakar komandada çalışmaq bizə zövq verir. Belə ki, mühasibatlıq sahəsində möhkəm bilik qazanmaq və inkifaş etmək istəyən namizədləri bizim komandaya dəvət edirik.

İş barədə məlumat:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması;
  • Elektron qaimə fakturaların hazırlanması və göndərilməsi;
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
  • Müqavilələrin redaktə edilməsi və düzəldlməsi, aktların, hesab fakturaların, protokolların və digər növ mühasibat sənədlərinin tərtib edilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Vergi və digər dövlət orqanlarına aylıq /rüblük/illik hesabatların tərtib olunmasında iştirak etmək;
  • İşgüzar yazışmaların aparılması;
  • Əmək haqqı hesablaması və ödənişləri;

İş şəraiti:

  • Həftədə 5 iş günü saat 09:00-18:00, nahar vaxtı saat 13:00 -14:00;
  • Korporativ mobil nömrə;
  • Təcrübə proqramı ödənişsiz olacaq, 1 ay sonra namizədin bilik və bacarıqları nəzərdən keçiriləcək və uyğun olan təqdirdə razılaşdırılmış əmək haqqı ilə işlə təmin olunacaq.

Namizəd üçün tələblər:

  • Ali və ya orta təhsil;
  • Beynəlxalq maliyyə sertifikatlarına malik olması üstünlük təşkil edəcək;
  • Microsoft Ofiice proqramları ilə işləmə bacarığı;
  • Mühasibatlıq sahəsi üzrə nəzəri biliklər;
  • Yaş həddi 18 - 40 aralığında;
  • Azərbaycan dilində səlis danışıq və yazışma bacarığı vacibdir, rus dili biliyi üstünlükdür.
  • Məsuliyyətli, öyrənməyə cəhd edən, ünsiyyətcil, pozitiv, cəld, operativ olan və komanda ilə işləmə bacarığı.

Namizədlərdən “cv”-lərini elektron poçt ünvanına mövzu yerində "Təcrübəçi mühasib" başlığı yazmaqla göndərmələri xahiş olunur.

Regency Consulting and Tax Solutions tərəfindən digər vakansiyalar