Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması
  • Bank və kassa əməliyyatlarının mədaxil və məxarici
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının vergi qanunvericiliyinə uyğun olaraq sənədləşməsinin aparılması və 1C əməliyyat sistemində düzgün əks etdirilməsi
  • 1C mühasibat və satış proqramını, əlavə olaraq ofis proqramlarını yüksək səviyyədə bilməsi.
  • Mühasibatlıq biliyinin olması (Baş mühasibə məlumatları hazırlayıb verməli )
  • Aylıq lazım olan hesabatların vaxtında hazır edilməsi. ( Məlumatlandırılacaq )
  • Əsas tələb və istənilən bacarıq: Məhsulları haqqında məlumat öyrənə bilməsi,
  • Anbar stokunun idarə edilməsi.
  • 1C proqramında yaranacaq problemi, proqram təminatçı şirkətlə əlaqə yaradıb aradam qaldırılmasına nəzarət etməsi.
  • 1C - də lazım olan bütün əməlyatlar (məhsulların yaradılması, qəbulu, yerdəyişməsi, pul vəsayitlərinin hərəkəti və s.)
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması
  • Üzləşmə aktlarının hazırlanması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
  • E-qaimələrin yazılması v.s

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
  • Mühasibatlıq sahəsində 2 ildən artıq iş təcrübəsi
  • Excel və 1C (8.3) proqramında işləmək bacarığı
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli və işində dəqiq
  • Vergi Məcəlləsini bilməli

İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)

Tələblərə cavab verən şəxslər CV-ni e-mail ünvanına mövzu yerinə Mühasib yazaraq göndərə bilərlər.

Qeyd: Yalnız e-mail ünvanına gələn CV-lərə baxılacaq.