Tur menecer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müştərilərin turizm xidmətlərinə olan tələblərini toplayır, öyrənir və təhlil edir.
  • Turistlərə yerləşdirmə və ekskursiya xidmətləri göstərən əlverişli turoperatorları axtarır;
  • Mehmanxana, ekskursiya və nəqliyyat xidmətləri göstərən təşkilatlarla əlaqə qurur və xidmətlərin göstərilməsi üzrə müqavilələrin bağlanmasını təmin edir;
  • Tura daxil olan xidmətlərin qiymətindən və öz xərclərindən asılı olaraq tur paketinin dəyərinin müəyyən edilməsində iştirak edir;
  • Müştəriyə lazımi şifahi və yazılı məlumat və məsləhət verir: (səfərin tarixləri, ölkəyə giriş – çıxış, viza, nəqliyyat, ekskursiya, valyuta, gömrük nəzarəti və s.); 
  • Turistlərin siyahılarını və otellərdə qeydiyyat cədvəlini tərtib edir;
  • Turistlərin gəliş yeri və vaxtı haqqında məlumat alır, turist qrupunun vaxtında yola salınmasını və gəlişini təşkil edir;
  • Təşkil olunmuş turların statistikasını aparır və hesabatlar hazırlayır;
  • Turistlərə səyahət zamanı təhlükəsizlik tədbirlərinə riayət edilməsi və ilk tibbi yardımın göstərilməsi qaydaları barədə təlimatlar verir;
  • Hadisə zamanı turistlərlə baş vermiş fövqəladə hallar, habelə səfərdən qayıtmamış turistlər barədə dərhal təşkilatın rəhbərinə və maraqlı şəxslərə məlumat verir.

 Tələblər:

  • Ali təhsilli;
  • Analoji vəzifədə minimum 5 il təcrübə; 
  • MS Office proqramını yaxşı bilmək;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • Məsuliyyət, peşəkarlıq, yaxşı ünsiyyət bacarığı;
  • Tələbdən nəticəyə qədər verilən tapşırığı dəqiq yerinə yetirmək bacarığı.

Şərtlər:

  • İş qrafiki 10:00 - 19:00, BE-C;
  • Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
  • Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı və bonuslar.

Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.

CV – lər 15 Dekabr 2023-cü il tarixinədək qəbul edilir.

Fotoşəkilli CV formasını mövzu hissəsində “Turlar üzrə Menecer” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.

Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.