Dərman və tibbi vasitələr şöbəsinin məsləhətçisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali tibb təhsili (Əczaçılıq üzrə magistr təhsilinin olması üstünlükdür);
  • Əczaçılıq, dərman vasitələrinin qeydiyyat və ekspertizası üzrə minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (yaxşı);
  • Ofis proqramları üzrə biliklər;
  • Ünsiyyət və komandada işləmə bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər: 

  • Dərman və tibb vasitələrinin seçilməsi, kodlaşdırılması, dozaların və DDD hesablanması;
  • Dərman vasitələrinin şərti kompensasiya məbləğlərinin hesablanması;
  • Aptek təşkilatları tərəfindən təqdim olunan hesabatların yoxlanması və geri ödəmə sisteminə nəzarət;
  • Aptek təşkilatları ilə bağlanacaq müqavilələrə aidiyyəti üzrə baxılması;
  • Sığorta sistemində iştirak üçün təqdim edilmiş ərizə və sənədlərin araşdırılması və qiymətləndirilməsi;
  • Dərman vasitələrinin maliyyə effektivlik analizlərinin aparılması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Begoc biznes mərkəzi.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 20.11.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.