Beynəlxalq əlaqələr departamentinin məsləhətçisi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (beynəlxalq münasibətlər, regionşünaslıq, səhiyyənin idarəedilməsi ixtisasları üzrə olması üstünlükdür);
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi (1 il səhiyyə sahəsində iş təcrübəsi arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (əla), rus dili (əla);
  • Layihələrin idarəedilməsi üzrə sertifikatların olması arzuolunandır;
  • Ofis proqramları üzrə biliklər;
  • Ünsiyyət və təqdim etmə bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər: 

  • İcbari tibbi sığorta sahəsində xarici tərəfdaşlarla əməkdaşlığın həyata keçirilməsi və bu istiqamətində yazışmaların həyata keçirilməsi,
  • Beynəlxalq layihələrin planlanması, idarəedilməsi və layihələr üzrə hesabatların hazırlanması;
  • Rəsmi yazışmaların həyata keçirilməsi;
  • Hökümətlərarası komissiyaların protokollarının aidiyyəti üzrə icrasının təmin edilməsi;
  • Anlaşma memorandumları mətnlərinin hazırlanması və fəaliyyət planlarının icrasına nəzarət edilməsi;
  • İcbari tibbi sığorta sahəsində beynəlxalq təcrübənin araşdırılması və təkliflərin verilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 18.11.2023-cü il;
  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.