Həkim-Terapevt

İşin təsviri

Əmək funksiyası tələbləri:

  • Həkim-terapevt tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərir;
  • Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasınını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən edir;
  • Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil edir və ya müstəqil surətdə aparır;
  • Stasionarda xəstəyə gündəlik baxış keçirir;
  • Qonağın vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir;
  • Müəssisənin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərir;
  • Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək edir; 
  • Diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir. Orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak edir; 
  • Təcili və təxirəsalınmaz tibbi yardım göstərir;
  • Növbədə olan zaman xəstələrlə maraqlanır,lazimi tədbirlər görür və qeydiyyat jurnalinda qeydiyyat aparir;
  • Növbə zamanı qeydiyyatda olan, alternativ müalicə götürən ağır xəstələrin sağlıq durumu ilə maraqlanır.
  • Hər növbə sonu, növbə zamanı olan çağırı şlar barədə Baş həkimə məruzə edir.
  • Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin edir;
  • Sanitar-maarifləndirmə işini aparır;

Tələblər:

  • Təhsil: Tibb üzrə ali təhsil və sertifikat.
  • İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi.

Bilik və Bacarıqlar:

  • Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.
  • Peşəkar, işgüzar görünüş və təqdimat;
  • Problemləri həll etmə bacarığı;

Kompüter bilikləri:

  • Restoran proqramlarından, MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.

Dil bilikləri: 

  • Azərbaycan dili – sərbəst;
  • Rus dili –sərbəst (ingilis dili üstünlükdür);

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • Gündəlik qidalanma şirkət tərəfindən təmin olunur;
  • İş saatları: 09:00-17:00 (şənbə günü qısaldımış iş rejimi);
  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq təyin edilir;
  • Könüllü tibbi sığorta təmin edilir.
  • Əməkdaş yaşayış yeri ilə təmin edilir;
  • İş yeri: Naftalan şəhəri, Garabagh Resort&Spa Naftalan Hotel.

Uyğun namizədlər, CV-lərini e-mail ünvanına başlıq hissəsinə “Həkim-terapevt” qeyd edərək göndərə bilərlər.

Son müraciət tarixi: 30.11.2023.