Daxili audit şöbəsinin kiçik mütəxəssisi

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 04.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil (Maliyyə və ya texniki sahə üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə 1 ilədək iş təcrübəsi;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Analitik təhlil bacarığı;
  • Yüksək məsuliyyət, təşəbbüskarlıq və operativlik;

Vəzifə öhdəlikləri:

  • Mağazalarda və mərkəzi anbarda mövcud olan mal qalığı və xəzinələrdə mövcud olan qiymətlilərin (pul vəsaiti, hədiyyə kartları və s.) sayımının həyata keçirilməsi və ERP sistemindən hesabat alaraq nəticələrin müqayisə edilməsi;
  • Mağaza və Mərkəzi anbarda mövcud olan malların satışa yararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə texniki baxışın həyata keçirilməsi;
  • Mağazaların fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə xüsusi meyarlara əsasən mağazada müşahidə aparılması, işçi heyətinə sorğular ünvanlayaraq nəticənin dəyərləndirilməsi;
  • Servis tərəfindən satışa yararsız hesab edilmiş malların məhv edilməsi və görülmüş işin nəticəsinin aktlaşdırılması prossesində iştirakın təmin edilməsi;
  • Audit nəticəsinə uyğun olaraq təqdim edilmiş sorğuların nəticəsinin qiymətləndirilməsinə dair monitorinqlərin həyat keçirilməsi;
  • Görülmüş işlər üzrə ilkin hesabatın hazırlanması məqsədi ilə struktur vahidi üzrə məsul şəxslərlə birgə fəaliyyətin təmin edilməsi və yaranmış sorğuların cavablandırılması;
  • Vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq Bakı və region mağazaları üzrə ezamiyyələrdə iştirak edilməsi;

İş şəraiti:

  • İş yeri – Baş ofis;
  • İş saatları – 09:00-18:00;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Daxili audit üzrə kiçik mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi