Problemli kreditlər üzrə mütəxəssis

  • Ultratek MMC
  • Elanın qoyulma tarixi: 03.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Yaş: 25-35 yaş həddi;
  • Ali təhsil;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Bank sektorunda minimum 1 illik iş təcrübəsi olmalı;
  • Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində iş təcrübəsi;
  • MS Office proqramlarında işləmək qabiliyyəti olmalı;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri olmalı; 
  • Sürücülük vəsiqəsinin olması arzu olunandır.

Vəzifələr:

  • Problemli kredit portfelinə nəzarət etmək;
  • Gecikmədə olan problemli müştərilərlə bilavasitə əlaqə yaratmaq, gecikmə səbəblərini araşdırmaq və portfelin sağlamlaşdırılması üçün kompleks tədbirlər həyata keçirmək;
  • Şirkətin problemli borcalanları və zaminləri ilə əlaqə yaratmaq, debitor borclarının yığımını təmin etmək;
  • Problemlərin həll olunması vəziyyətindən asılı olaraq müştəri sənədlərini müvafiq struktur bölmələrinə təqdim etmək.

Bizim kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi e-mail ünvanına göndərə bilərsiniz.