Hüquqi şəxslərlə iş üzrə Aparıcı mütəxəssis

  • eManat
  • Elanın qoyulma tarixi: 03.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yeni Qanunvericiliyə əsasən hüquqi şəxslərlə iş üzrə bütün daxili sənədlərin , protokolların hazırlanması , digər əməkdaşlara bu sahədə təlimlərin verilməsi
  • Müştərilərə məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Şirkətin hüquqi şəxs və fərdi sahibkar müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formaları rəsmiləşdirmək;
  • Hüquqi şəxs müştərilərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Hesablar üzrə əməliyyatları icra etmək
  • Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsi və silinməsini həyata keçirmək;
  • Şirkətlə bağlı digər əməliyyatları aparmaq;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
  • Sənədlərin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmaların həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Yaş 26-40
  • Ən az 3 il bankda hüquqi şəxslərlə iş stajı olmalı;
  • Savadlı nitq bacarığı;
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq, rus dili tələb olunandır, inglis dili – səlis danışmaq;

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Hüquqi şəxslərlə iş üzrə Aparıcı mütəxəssis” yazılmalıdır.

İşəgötürənin reytinqi