Hüquq məsləhətçisi

  • Azərşəkər LLC
  • Elanın qoyulma tarixi: 31.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin həyata keçirdiyi kommersiya layihələrinin hüquqi aspektlərini tənzimləmək və şirkət üçün ən əlverişli şərtlərin müəyyənləşdirilməsini təmin etmək;
  • Şirkətin fəaliyyətinin qanunvericiliyə uyğun olmasına nəzarət etmək və onun maraqlarını təmin etmək;
  • Xarici tərəfdaşlarla bağlanan müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və görüşlərdə iştirak etmək;
  • Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
  • Müqavilələrin hazırlanması, müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi və reyestrinin aparılmasını təmin etmək;
  • Hüquqi şəxslərin, filial və nümayəndəliklərin yaradılması, reyestr məlumatlarında dəyişikliklər edilməsi, hüquqi şəxsin yenidən təşkili, hüquqi şəxsin ləğv edilməsi və s. prossesləri idarə etmək;
  • Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək;
  • Şirkətin hüquqlarının və qanuni maraqlarının nümayəndəsi qismində məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini, o cümlədən rəsmi qurumlarla işlərin aparılmasını təmin etmək, bu məqsədlə ərizə, şikayət və müraciətlər hazırlamaq;
  • Notariat ofislərində müqavilələrin hazırlanmasında və təsdiqində iştirak etmək; 
  • Şirkətin icra və nəzarət orqanının iclaslarının təşkili və protokollaşdırılması;
  • Şöbə rəhbəri tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin etmək.

Vəzifə tələbləri:

  • Hüquq sahəsi üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
  • Sərbəst araşdırma qabiliyyəti, yüksək ünsiyyət, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, inzibati prosessual, inzibati icraat, inzibati xətalar, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Yerli və xarici tərəfdaşlarla müqavilələrlə iş təcrübəsi;
  • Hüquqi nitq və yazışma qabiliyyəti.
  • Səlis Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır);
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
  • Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması;
  • 25-35 yaş aralığında olan kişi namizədlərə üstünlük verilir;

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: BEGOC Biznes Mərkəzi

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Hüquq məsləhətçisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.