Middle/Senior Backend Developer (İT)

  • Azericard
  • Elanın qoyulma tarixi: 31.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək;
  • Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi;
  • Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək;
  • Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək;
  • Funksionallıqların test edilməsi;
  • Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Vəzifəyə olan tələblər:

  • Kompyuter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə Bakalavr dərəcəsinə sahib olmaq;
  • Java development sahəsində minimum 2 il iş təcrübəsi;
  • Spring Framework (Boot, MVC, Security, Data JPA, Cloud), Thymeleaf, Kubernetes, Elasticsearch, Apache Kafka üzrə bilik və təcrübəyə sahib olmaq;
  • Linux və git ilə çox yaxşı səviyyədə işləyə bilmək;
  • Data structures və design patterns üzrə bilik;
  • Komanda mühitində çalışmağa və kod təhlilinə səy göstərmək bacarığı.

Namizədlərdən CV-lərini "Middle/Senior Backend developer " mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi