Rəqəmsal Marketinq Meneceri

İşin təsviri

Vəzifələr:

  • Müxtəlif kanal və platformalardan istifadə edərək effektiv rəqəmsal marketinq strategiyalarının hazırlanması və icrası.
  • Hədəf KPI və ROI əldə etmək üçün Google Ads, Meta Ads-də reklam kampaniyalarının qurulması və optimizasiyası.
  • ASO və reklam elanlarının optimizasiyası daxil olmaqla mobil tətbiqlərin təqdimatı və miqyaslaması.
  • Konversiyanın artırılması və müştərilərin saxlanması üçün retargetinq kampaniyalarının planlaşdırılması və qurulması.
  • İstifadəçilərin cəlb olunmalarını artırmaq üçün mobil push-bildirişlərin göndərilməsi.
  • Sosial şəbəkələrin təhlili və nəzarəti, sosial platformalarda reklam kampaniyalarının yaradılması və optimizasiyası.
  • Marketinq kampaniyaları üzrə kompleks  hesabatların tərtibi və təhlili.
  • Marketinq məlumatlarını təhlil etmək üçün Google Tag Manager-də hadisələrin qurulması.
  • Görünüşün və orqanik trafikin optimizasiyası üçün SEO strategiyalarının tətbiqi.
  • Reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi, hesabatların hazırlanması və hərtərəfli analitik sistemlərdən istifadə edilməsi.
  • Marketinq strategiyalarını adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili.
  • Reklam kampaniyalarının yaradılması, qurulması, optimizasiyası və idarə edilməsi.

Tələblər:

  • Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi. Fintex və e-comm şirkətlərində təcrübəyə üstünlük verilir.
  • Google Ads, Meta Ads-də reklam kampaniyalarının effektiv qurulması və optimizasiyası sahəsində təcrübə, həmçinin kontekstli reklam, hədəf reklam və retargetinq bilikləri.
  • Mobil tətbiqlərin təqdimatı üzrə əvvəlki uğurlu təcrübə və bu seqmentin xüsusiyyətlərinin anlaması.
  • Fərdiləşdirilmiş və inandırıcı reklam kampaniyalarının yaradılması üçün retargetinq ilə bağlı bilik və təcrübə.
  • İstifadəçilərlə effektiv qarşılıqlı əlaqə yaratmaq üçün mobil push-bildirişlərinin qurulması və göndərilməsi üzrə praktiki təcrübə.
  • Sosial şəbəkələrin fəaliyyət prinsiplərinin dərindən anlaması və reklam alətləri və analitikadan istifadə etməklə onların inkişafına monitorinq təcrübəsi.
  • Marketinq kampaniyaları üçün büdcələri tərtib etmək və onlara nəzarət etmək, xərcləri optimallaşdırmaq və nəticələri artırmaq bacarığı.
  • Kompleks hesabatları yaratmaq, məlumatları təhlil etmək və həyata keçirilən fəaliyyətlərin effektivliyini sübut etmək bacarığı.
  • Google Tag Manager-də hadisələri qurmaq bacarığı.
  • SEO və onun marketinq kampaniyalarının nəticələrinə təsirini başa düşmək.
  • Google Analytics, OneSignal, AppMetrica kimi hərtərəfli analitika sistemləri üzrə təcrübə və ROMI, CTR, CPC, CPL, CAC, ROAS kimi marketinq göstəricilərindən istifadə.
  • Marketinq strategiyalarının davamlı inkişafı və adaptasiyası üçün rəqiblərin fəaliyyətinin monitorinqi və təhlili.
  • Əsas marketinq trendlərinin və hədəf auditoriyanın müəyyən edilməsi üçün tədqiqat üzrə təcrübə.
  • Müxtəlif alətlər və platformalardan istifadə edərək reklam kampaniyalarının yaradılması, qurulması, optimizasiyası və idarə edilməsi.
  • Rəqəmsal marketinq sahəsində hədəfləri təqdim etmək və onlara nail olmaq üçün uğurlu keyzlərin mövcudluğu.

Şərtlər:

  • Maraqlı və vacib tapşırıqlar;
  • Dəstək verməyə hazır olan təcrübəli və maraqlı həmkarlar;
  • İş qrafiki Bazar Ertəsi-Cümə 9:00-dan 18:00-dək;
  • Bakının mərkəzində Ofis;
  • Tibbi sığorta;
  • Müsahibə və ehtimal edilən sınağın nəticələrinə uyğun əmək haqqı.

Namizədlərdən CV-ni 30 Noyabr 2023-cü il tarixindən gec olmayaraq mövzu hissəsində Rəqəmsal Marketinq Meneceri vəzifəsini qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.