Satış üzrə təmsilçi

  • Finans Academy
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 25.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə xidmətlər haqqında dolğun, ətraflı məlumatlar vermək;
  • Sosial şəbəkələrdə potensial müştərilərin suallarını əsaslandırılmış formada cavablandırmaq;
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlər keçirmək;
  • Yüksək səviyyədə müştəri xidmətini təmin etmək;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq;
  • Satışın artırılması üçün tədbirlərdə iştirak etmək, şirkəti təmsil etmək.

Tələblər:

  • Minimum 1 il iş təcrübəsi; 
  • Satış və marketinq sahələri üzrə bilik və bacarıqlar; 
  • Effektiv ünsiyyət və güclü təqdimat bacarığı;
  • Səlis  nitq qabiliyyəti və xoş görünüş;
  • İşgüzar etik qaydalara riayət;
  • Fərdi və komanda şəklində işləmək bacarığı;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, Rus və İngilis dilləri arzuolunandır;
  • Microsoft Ofis proqramları biliyi

İş günləri: Həftədə 5 gün, 9:00-18:00

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Satış üzrə təmsilçi” qeyd etməklə göndərmələri xahiş olunur.

Finans Academy tərəfindən digər vakansiyalar