Doorman

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 24.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair əsas tələblər:

  • Boy: 170 sm-dən yuxarı;
  • Cinsi: Kişi
  • Təhsil: Orta ixtisas və ya orta;
  • Azərbaycan dili (rus dili bilgisi olanlara üstünlük verilir);
  • Xoş xarici görkəm və gülərüzlülük;
  • Sürücülük vəsiqəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

Əsas vəzifə və öhdəliklər:

  • Gələn bütün müştəriləri və qonaqları  xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
  • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
  • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
  • Müştəri maşınlarının yerləşdirilməsinə köməklik göstərilməsi, nəzarət edilməsi;
  • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
  • Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

Biz sizə nə təklif edirik:

  • İş qrafiki: 09:30; 19:00-dək
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Korporativ nömrə ilə təmin olunma.
  • Gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Yaş həddi: 26 – 35 yaş;
  • Əmək haqqı: 600-650 AZN

 

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək [email protected] -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.