Tibbi nümayəndə (Bakı və Sumqayıt)

  • Hippokrat MMC
  • Elanın qoyulma tarixi: 19.10.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

HİPPOKRAT” MMC əczaçılıq və səhiyyə məhsullarının keyfiyyətli yayımına görə tanınmış Azərbaycan şirkətlərindən biridir və artıq 12 ildir ki, fəaliyyət göstərir. Şirkət öz iş fəaliyyətində qarşısına ən keyfiyyətli əczaçılıq məhsullarının yayılmasını bir məqsəd olaraq qoymuşdur. Şirkətin iş fəaliyyətinə əczaçılıq məhsulları, tibbi təchizat, optik linza və ləvazimatlar, müxtəlif gigiyenik, dezinfeksiya məhsulları, professional və müalicəvi kosmetik məhsulların,eyni zamanda kosmetik aparaturaların idxalı və satışı daxildir.  
 

HİPPOKRAT” MMC əczaçılıq şirkəti aşağıdakı vokant yerlərə işçi qəbulu elan edir:

Tibbi nümayəndə (Bakı və Sumqayıt bölgəsi üzrə):

Tələblər:

1. Ali təhsilli şəxslərə;
2. Dil bilgiləri (azərbaycan- mükəmməl, rus- arzu edilən);
3. Ciddi, nizam- intizamlı, davamiyyətli və iddialı;
4. Əla ünsiyyət qurma və analiz etmə qabiliyyəti;
5. Azərbaycan Respublikasının vətəndaşlığı;
6. Təzyiq altında işləmək qabilyyəti;
7. Marketinq sahəsində təcrübə önəmli deyil;
8. Səliqəli, baxımlı və zövqlü;
9. Yaş məhdudiyyəti: 21- 35.

Müraciət edən şəxslər ancaq aşağıdakı sorğu və testlərdən keçdikləri təqdirdə kursa dəvət ediləcəklər:

1. Psixoloji söhbət;
2. İntellekt testi.

Yuxarıdakı etapları keçən şəxslər aşağıdakı kurslarda iştirak edəcəklər:

1. İnsan anatomiyası haqqında bilgilər;
2. Dərman bilgiləri (şirkətin dərmanları);
3. Marketinq bilgiləri.

Kursu tamamlamış şəxslər (kurs müddəti 1 ay) müvafiq şöbələr tərəfindən imtahan ediləcək. İmtahandan uğurla keçən namizədlər işə qəbul edilib 1 həftəlik iş stajı keçəcəklər. İşə qəbul edilmiş işçilər 3 ay sınaq müddətində olacaq və bu sınaq müddətində onlara təyin edilən əmək haqqını alacaqlar.

Karyerasını Azərbaycanın tanınmış və əczaçılıq sahəsində öz sözünü demiş “HİPPOKRAT” MMC- də qurmaq istəyən şəxslər müraciət edə bilərlər. Müraciət elektron şəkildə qəbul edilir (geniş CV və 3x4 rəngli fotoşəkil).

[email protected]
[email protected]

 

Hippokrat MMC tərəfindən digər vakansiyalar