Mühasib

  • Myshops
  • Elanın qoyulma tarixi: 24.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
  • Vergi və mühasibat uçotunun aparılması;
  • Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Aylıq, rüblük və illik Vergi, DSMF və digər dövlət orqanlarına müvafiq hesabatların hazırlanması və təqdim edilməsi
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
  • Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
  • Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;

Tələblər:

  • Maliyyə – mühasibatlıq yönümlü ali təhsil;
  • Qeyd olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Elektron hökümət portallarında işləmə bacarığı;
  • Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı;
  • Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən;
  • Azərbaycan dilini səlis bilmək, rus dili arzuolunandır;
  • İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı;

İş qrafiki

  • Bbazar ertəsi - cümə (09:00-18:00), nahar 13:00-14:00;
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir. ( iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş yeri Baki (Af Business House)

Maraqlanan şəxslərdən CV-lərini “Mühasib” başlığı altında elektron ünvanına göndərməsi xahiş olunur.