Brend Menecer

  • AEM Elektron
  • Elanın qoyulma tarixi: 23.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Ali təhsil
  • Bu sahə üzrə 3-5 il iş təcrübəsi
  • Yüksək səviyyədə Azərbaycan, rus və ingilis dilləri
  • Yüksək səviyyədə görüşlərin, danışıqların aparılması üzrə bacarıqlar
  • İşi planlamaq bacarığı
  • Biznes əlaqələrinin etikası
  • İşgüzar əlaqələrin qurulması qaydaları
  • Aktiv dinləmə bacarığı
  • Danışıqların idarə etmə qabiliyyəti

Vəzifə və öhdəlikləri:

  • Məhsulun bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq;
  • Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək;
  • Satış həcmlərini proqnozlaşdırmaq;
  • Sifariş edilən məhsulların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və məhsulların mağazalar arasında müvafiq qaydada bölüşdürülməsinə biləvasitə nəzarət etmək;
  • Məhsulun satılması üçün sxemlər hazırlamaq (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər);
  • Məhsul üçün qiymət siyasətini inkişaf etdirmək, malların satış şərtlərini müəyyən etmək (fərdi müştərilər qrupuna endirimlər və faydalar sistemi);
  • Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etmək;
  • Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək;
  • Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək;
  • Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək;
  • Rəqiblərin qiymət siyasətini, bazar payını;
  • İllik planları və proqnozları tərtib etmək;

Bilməlidir:

  • Bazar iqtisadiyyatını, biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını;
  • Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını;
  • Biznesin idarəedilməsini;
  • Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını;
  • Marka xüsusiyyətlərini.

Əmək haqqı razılaşma yolu ilə.

İş qrafiki həftənin 5 günü, şənbə və bazar istirahət günü

Nahar təminatı

Uyğun namizədlərdən öz CV formalarını göndərməsi xahiş olunur.

AEM Elektron tərəfindən digər vakansiyalar