Enerji Müfəttişi (Bakı və Sumqayıt filialları)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir; 
  • Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
  • Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
  • Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
  • Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
  • Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
  • Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir; 
  • Filialın fəaliyyət ərazisində 150 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir; 
  • Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını keçirir;
  • İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır; 
  • Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
  • İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
  • Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
  • Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
  • Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

Tələblər:

  • Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
  • Rus dilini bilməsi arzu olunandır;
  • Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı  yazı qabiliyyəti.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • Vakansiya üzrə müraciətin son müddəti: 22 noyabr 2023-cü il
  • İş yeri: Bakı şəhəri – 1 vakansiya, 
  • Sumqayıt şəhəri – 1 vakansiya,

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Enerji müfəttişi) qeyd edin. Vakansiya üzrə müraciətin son müddəti: 22 noyabr 2023-cü il