Xarici əlaqələr üzrə mütəxəssis

İşin təsviri

Ümumi̇ xüsusi̇yyətlər və i̇şi̇n təsvi̇ri̇:

  • Sağlamlıq Turizmi sektorunda fəaliyyət göstərən LIV Bona Dea Hospitalda işləyəcək aşağıdakı xüsusiyyətlərə malik Sağlamlıq Turizmi (Özbəkistan/Qırğızıstan regionu) üzrə komanda yoldaşlarına ehtiyacımız var.
  • Ali təhsili olan və rus dilini bilən namizədlərə üstünlük verilir. Dil bacarıqlarından səlis istifadə etmək və əlavə dil biliklərinə (ingilis dili) malik olmaq üstünlükdür.
  • Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.
  • Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.
  • Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.

İşin təsviri:

  • Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.
  • Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
  • Əməliyyat zamanı və əməliyyatdan sonra  xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
  • Hava limanı-Otel-Xəstəxana arasında xəstə transferlərinin təşkil edilməsi. 
  • Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.