Nəqliyyat və ağır texnika mexaniki

İşin təsviri

İş barədə tələblər:

  • Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
  • Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
  • Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq
  • İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
  • Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
  • Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq
  • İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
  • Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
  • İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
  • Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi

Ümumi tələblər:

  • Yaş həddi 25-55
  • İş təcrübəsi: 3-5 il

Əmək haqqı – razılaşma yolu ilə.

Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC tərəfindən digər vakansiyalar