Daşınmaz əmlakın inkişafı üzrə menecer

  • PMD Group
  • Elanın qoyulma tarixi: 20.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Daşınmaz əmlak məhsulunun əsas parametrlərinin müəyyən edilməsi üçün lazım olan araşdırma və təhlillərin həyata keçirilməsi     
  • Bütün potensial müştərilər, o cümlədən dövlət qurumları, operatorlar və digər maraqlı tərəflər ilə əlaqələrin qurulması
  • Təklif edilən layihələrin texniki-iqtisadi əsaslandırmalarının hazırlanması
  • Əmlak bazarında və fərqli daşınmaz əmlak növlərində yeni ideyaların və məhsulların müəyyən edilməsi. Yeni ideyalar ilə əlaqədar layihə xülasələrinin hazırlanması
  • Zəruri hallarda daşınmaz əmlak üzrə ixtisaslaşmış məsləhətçilərin cəlb edilməsi üçün texniki tapşırıqlar hazırlanması. Məsləhətçilərlə işdən səmərəli nəticələrin əldə edilməsi üçün həmin məsləhətçilərlə işlərə rəhbərlik və koordinasiya etmək
  • Layihə ilə əlaqədar bazar təhlili, əraziyə səfərlər (əmlakın yoxlanılması), əmlak sənədlərinin təhlili, layihələndirmə və tikinti üçün daşınmaz əmlak məhsulunu təsvir edən və onun parametrlərini müəyyən edən layihə tapşırığının hazırlanması. Bu zaman bazar araşdırması, qiymətləndirmə, marketinq və satış, layihələndirmə və tikinti, əmlakların idarə edilməsi, texniki nəzarət, rəsmi qurumlar və digər departament və qrup şirkətləri ilə layihəyə dair davamlı məlumat mübadiləsinin həyata keçirilməsi.
  • Daşınmaz əmlakın inkişaf etdirilməsi prosesində konsept və məhsul hazırlayarkən innovativ və yenilikçi həllərin tətbiqi
  • Şöbənin fəaliyyəti ilə bağlı prosedur, qayda və biznes proseslərin hazırlanmasında və təkmilləşdirilməsində töhfə vermək
  • Şirkətin məhsul portfelinin artırılması məqsədi ilə peşəkar əlaqələrin qurulması və genişləndirilməsi

Tələblər:

  • Ali təhsil. Oxşar ixtisas üzrə magistr dərəcəsi arzuolunandır
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Mülkiyyət hüququ haqqında biliklər
  • Əmlakın inkişafı, maliyyə modelləşdirməsi və texniki-iqtisadi əsaslandırma üzrə nəzəri və təcrübi bilik və bacarıqlar
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis – yaxşı, Rus dili – arzuolunandır
  • Kompüter bacarıqları: MS Office proqramları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı
  • Yüksək analitik düşüncə bacarığı

İşəgötürənin reytinqi