Satış mütəxəssisi

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Korporativ və pərakəndə müştəriləri cəlb etmək, onların ehtiyaclarına uyğun xidmət paketini formalaşdırmaq;
  • Korportiv müştərilərlə işi təşkil etmək, müştəri portfelini formalaşdırmaq və idarə etmək;
  • Beynəlxalq və ölkədaxili satışların təşkili, müştərilərlə iş;
  • Vaxtaşırı müştərilərə təqdim olunan xidmət paketini yeniləmək və onların ehtiyaclarına mütəmadi olaraq uyğunlaşdırmaq;
  • Müştərilərə mərkəzin təqdim etdiyi xidmət performansını izləmək və keyfiyyəti təmin etmək;
  • Müştəri loyallığını izləmək və müsbət nəticəni təmin etmək;

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Müştərilərlə iş sahəsində 3 illik iş təcrübəsi; (Korporativ satış sahəsində iş təcrübəsi üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərinin əla səviyyədə bilməli;
  • Komputer bilikləri: Word, Excel, Power point, Outlook proqramlarını mükəmməl bilməli;
  • Peşəkarlıq tələbləri:
  • Dəqiqlik və məhsullarla düzgün işləmə bacarığı;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Satış texnikalarını, satış bazarının təhlilini bilmək;
  • Təqdimat bacarığı;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 20 noyabr 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)