Daxili Auditor

  • MCB BOKT
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maaş: 800 manat

Müqavilə şərti: Daimi

Vəzifə öhdəlikləri:

  • Şirkətin illik audit planının hazırlanması;
  • Qanunvericilik və şirkətin daxili qaydalarına uyğun olaraq fəaliyyətin audit edilməsi;
  • Baş verən kənarlaşmaların, potensial risklərin müəyyən edilməsi və qiymətləndirilməsi. Daha yaxşı nəzarət üçün təkliflərin verilməsi;
  • İllik audit hesabatının hazırlanması və tövsiyyələr verilməsi;
  • Audit tövsiyyələrinin həyata keçirilməsinə nəzarət;
  • Qanunvericilikdə və daxili qaydalarda baş verən dəyişikliklərə riayət olunmasına nəzarət; 
  • Arzuolunmaz halların, pozuntuların vaxtında aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün təkliflər; 
  • Şirkətin daxili nəzarət sisteminin gücləndirilməsi və effektivliyinin artırılması;
  • Audit komitəsi tərəfindən verilən tapşırıqların icrası.

Tələblər:

  • İqtisadiyyat və ya hüquq sahəsində ali təhsil (ən azı bakalavr pilləsi) və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsi, yaxud ali təhsil (ən azı bakalavr pilləsi) və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsi;
  • Mühasibatlıq və maliyyə hesabatları sahəsində biliklər;
  • Ofis proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • Səlis Azərbaycan dili və İngilis dilini azı orta səviyyədə bilmə bacarığı;
  • Vətəndaş qüsursuzluğu;
  • Dəqiq, məsuliyyətli və komanda ilə işləmə qabiliyyəti;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə elektron ünvanına göndərə bilərlər.