Mühasib (Lənkəran)

  • Aztelekom
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Mühasib öz fəaliyətini “Mühasibat Uçotu” üzrə Qaydalara, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla həyata keçirir;
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Proseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
  • Filial tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirir; 
  • Filialın təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət edir;
  • Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edir;
  • Daxil olan pul vəsaitlərini mühasibat uçotu hesablarında əks etdirir;
  • Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması məqsədilə mühasibat uçotu və hesabat məlumatları üzrə Filialın maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini təmin edir;
  • Debitor borcların yığılması üçün zəruri tədbirlər görür və debitor borcların yığılmasını təmin edir;
  • İş yükü artıq olduğu zaman (mütəmadi olaraq) və struktur bölmənin işinin keyfiyyətini artırmaq məqsədilə Filialın digər şöbələrinin işinə dəstək olur;
  • Sahəsinə aid olan Məcəllələr, Qərarlar və digər zəruri iş alətləri üzrə yeniliklər barədə daim məlumatlı olur və həmkarları ilə paylaşır;
  •  Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələblər:

  • Müvafiq regional filialın Maliyyə şöbəsinin mühasibi vəzifəsinə təyin olanan şəxs aşağıdakı tələblərə uyğun olmalıdır:
  • Ali və ya orta ixtisas (maliyyə üzrə) təhsilli olmalı;
  • Sahəsi üzrə ən azı 1 il iş stajı olması arzuolunandır;
  • “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını bilməli;
  • Mühasibat sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlara malik olmalı;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri düzgün istifadə etməyi bilməli;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmalı;
  • Kompüter bilikləri üzrə: MS Office (xüsusilə MS Exel), mühasibat proqramlarını və Outlook proqramları üzrə istifadə etmə bacarığının olması; 

İşəgötürənin reytinqi