Hüquqşünas

  • Prior Leasing
  • Elanın qoyulma tarixi: 19.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali hüquq təhsili;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Korporativ hüquq sahəsində 3 ilədək iş stajı;
  • Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri orta səviyyədə arzuolunandır;
  • Bank, BOKT, İnvestisiya və Maliyyə şirkətlərində iş təcrübəsi arzuolunandır.

Vəzifə öhdəlikləri:  

  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım edir;
  • Bütün əqdlərin, o cümlədən müqavilə, onun əlavələri və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və mütəmadi təkmilləşdirilməsi işində iştirak edir;
  • Məhsulların hüquqi ekspertizasının həyata keçirilməsi işində iştirak edir;
  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak edir;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların tərtib edilməsində iştirak edir;
  • İddia ərizələrinin, vəsatətlərin, etirazların hazırlanmasında iştirak edir;
  • Ona həvalə edilmiş məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işində iştirak edir;
  • Korporativ hüquq fəaliyyət ilə bağlı olan təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı rəy verir;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasında iştirak edir;
  • Təşkilatdaxili qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir;
  • Zərurət olduqda məhkəmə proseslərində təşkilatı təmsil edir;
  • Mediasiya proseslərində təşkilatın nümayəndəsi qismində çıxış edir;
  • Məhkəmə qərarlarının icra edilməsinə nəzarət və dəstəyin verilməsi, icra mərhələsində ərizə və vəsatətlərin hazırlanması və aidiyyəti üzrə təqdim edir;
  • Zərurət olduqda dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda təşkilatı təmsil edir.

İş şərtlərimiz:

  • Əmək haqqı: 970 – 1108 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30. 

Ünvan: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq göndərmələri xahiş olunur.  

İşəgötürənin reytinqi